Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб NÖVRƏS İMAN 120 в хорошем качестве

NÖVRƏS İMAN 120 7 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



NÖVRƏS İMAN 120

Dədə Ələsgər Ocağı İctimai Birliyi təqdim edir #növrəsiman120 AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 25 dekabr 2023-cü ildə, Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri şair, ustad aşıq Növrəs İmanın 120 illik yubiley tədbiri keçirilib. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Tədbirə açılış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli ilk öncə vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdi. Qeyd etdi ki: “Dədə Ələsgər Ocağı İctimai Birliyi Azərbaycan aşıq poeziyasında öz dəsti xətti olan klassik, ustad aşıqlarımızı hər zaman qədirbilənliklə yad edir. 2023-cü il Azərbaycan aşıq ədəbiyyatının klassiklərindən sayılan Növrəs İmanın 120 illik yubileyi qeyd olunur. Növrəs İman 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Ustad Aşıq Ələsgərin qardaşı oğlu Məşədi Salehin oğludur. Müəmmalı nakam tale yaşayan Növrəs İman Aşıq Ələsgərin şeirlərini əzbər bilib və yeniyetmə yaşlarından şeir yazmağa başlayıb. İti yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olub. Növrəs İman nadir istedad sahibi olduğundan Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri kimi ad qazanıb. Növrəs İman 1932-ci ildə müəmmalı şəkildə itkin düşür. Onun müəmmalı şəkildə yoxa çıxması haqqında isə bu günə qədər müxtəlif fikirlər mövcuddur.” Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, alim, tibb elmləri doktoru, professor İbadulla Ağayev, Tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Alim, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, araşdırmaçı jurnalist Qabil Zimistanoğlu çıxış edərək bildirdilər ki, nakam şair Növrəs İman hələ yeniyetmə yaşlarından sonrakı taleyini duyurmuş kimi nisgili, kədəri, ayrılığı, qəmi şeirində əks etdirib. Növrəs İmanın müəmmalı yoxa çıxmasından çox illər keçməsinə baxmayaraq, nakam taleyi, kədərli şeirləri dildən-dilə, eldən-elə dolaşaraq bu gün də unudulmur, yaşayır. Daha sonra, filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər Növrəs İmana həsr etdiyi şeirini səsləndirib. Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin dəstəyi ilə işıq üzü görmüş, Növrəs İmanın 120 illik yubileyinə həsr edimiş "Nakam Aşiq" kitabı da oxuculara təqdim edilib. Kitabın müəllifi tədqiqatçı-ilahiyyatçı Hacı Həsən Hüseyni, ön sözün müəllifi şair-publisist Qılman İman, redaktoru isə tədqiqatçı-jurnalist Araz Yaquboğludur. Tədbirdə çıxış edən müasir aşıq poeziyamızın nümayəndələri, ustad aşıq Cahangir Quliyev, aşıq Ədalət Dəlidağlı, əməkdar mədəniyyət işçisi, aşıq Bəhmən Kazımov, filologiya üzrə fəlsəfə doktoru aşıq Nemət Qasımlı, aşıq Kəmalə Qubadlı, aşıq Gözəl Kəlbəcərli, aşıq İmran Xəlilov, aşıq Təbriz vəliyev, aşıq Kərəm Vəliyev, aşıq Nəbi Nağıyev, aşıq Şəhriyar Qaraxanlı, aşıq Əli Kəlbəcərli, aşıq Afil Bəxtiyar, balabanda əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov, Əziz Göyçəli və onun Göyçə qrupu Azərbaycan aşıq poeziyasının əzəmətli simalarından olan Növrəs İmanın şeirlərini, ömür yolu və səfərlərini, o cümlədən də həyatındakı əfsanəvi hadisələri əks etdirən dastan-hekayətlərini böyük şövq ilə tamaşaçılara çatdırıblar. Sonda Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli tədbirdə iştirak edən tamaşaçılara, Qərbi Azərbaycan İcmasına ayırdıqları diqqətə görə təşəkkürlərini bildirdi. Daha sonra Xətai Ələsgərli Azərbaycan aşıq poeziyasının inkişafına böyük diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə Dədə Ələsgər Ocağı İctimai Birliyi adından təşəkkürlərini bildirdi. Yekunda böyük istedad sahibi olan şair və eyni zamanda ustad aşıq Növrəs İmanın 120 illik yubiley tədbirinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə iş adamı Aqil Kərimova saz-söz sevərlər adından təşəkkürlərini bildirdi. “Dədə Ələsgər Ocağı” İctimai Birliyi

Comments