Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб "Qaraçı uşaq" kimi ad çıxardı, səsiylə Xan əmini heyran qoydu, "Qızıl fond" üçün aldadıb oxutdular в хорошем качестве

"Qaraçı uşaq" kimi ad çıxardı, səsiylə Xan əmini heyran qoydu, "Qızıl fond" üçün aldadıb oxutdular 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



"Qaraçı uşaq" kimi ad çıxardı, səsiylə Xan əmini heyran qoydu, "Qızıl fond" üçün aldadıb oxutdular

#1000production #birivaridi #yaqubmemmedov O Azərbaycan incəsənətinin nadir tapıntılarından idi. Səsi gələndə hər kəs gördüyü işi kənara atıb onu dinləyərmiş. Biri var idi. Yaqub Məmmədov. Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi idi. Qarabağ torpağında boya-başa çatan xanəndə peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, klassik muğam sənəti sahəsində ən böyük sənətkarlardan biri hesab olunub. Səsinin gücündən əlavə gözəlliyi, təravəti, zil pərdələrdə çox dolğun, qaltanlı səsi olub. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib. O kiminsə necə oxumasını xəbər alanda xoşuna gəlməsə belə heç vaxt pisləməz, qəlbini qırmazmış. Heç nə olmaz, düzələr deyərmiş. Yaqub Məmmədovun ifasında olan məşhur “Mənsuriyyə”nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma özü operatora göz vurub ki, çəkiliş etsinlər. Çəkilişin sonuna qədər o, Qızıl fond üçün oxuduğunu bilməyib. Sonralar Xan Şuşinski Yaqubun məşhur "Mənsuriyyə"sinə heyranlığını gizlədə bilməyərək bu, əsl sənət nümunəsidir" - deyib. Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində bildirir ki, Seyid Şuşinski Yaqubu dinlədikdən sonra astaca deyib: "Çətin ki, analar səndən bir də doğar, ay Yaqub!". Muğam xiridarı, çox tələbkar Əhməd Bakıxanov, muğam ifaçılığı tarixinə düşmüş mübahisələrin birində, özünü saxlaya bilməyərək deyib: "Şüştəri" gərək Yaqub oxuyaydı!.." Kaman ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtında onlar mahal-mahal gəzib konsert verir, qazandıqları pulla ailələrini həmin dövrdə aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar. Deyilənə görə, Yaqub Məmmədovun səsi gahgir səs olub. Bu cür səs isə istənilən vaxt xanəndəyə tabe olmayan səs qrupuna aiddir. Yaqubun da səsi ilhamlı səs imiş. Yaqub Məmmədov Ağcabədidə pambıq tarlasında suçu işləyib. Suçu işləyə-işləyə muğam da oxuyur, adamlar əllərini işdən çəkib onu dinləyirmişlər. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaqub müəllimə deyirlər ki, yaxşı oxuyursan, sən də get. O əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib həvəslənib gedir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onun kimi oxuyurmuş. Mədəniyyət evinə gəlir, orda Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Səhnəyə çıxıb Xanın öz yolu ilə bir segah oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın bağında Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcəkmi? Xan əmi isə cavab verir: “Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin”. Yaqub Məmmədovun ilk dəfə çıxıb muğam ifa etdiyi həmin mədəniyyət evinə sonralar xanəndənin adı verilib. Bakıya gələndən sonra xanəndə rus dilini bilmədiyi üçün operaya gedə, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə rus dilini bilmədiyi üçün ilk illər Bakıda çox sıxılırmış. Çox sadəlöhv və avam adam olub. Bu səbəbdən də musiqi mühitində onun haqqında xeyli xoşməramlı lətifələr qoşulub. Yaqubun rus dilini bilməməsi ilə bağlı məşhur lətifə var. Bir gün xanəndə qastrola gedəndə pol (cins) yazılan hissəyə parket yazır. Elə bilir ki, onun evindəki döşəmənin növünü xəbər almaq üçün sual verilir. Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta Nardaranda onu doğulduğu Ağcabədidəki həmyerlilərindən də çox istəyiblər. Nardaranda sözə və qəzəliyyata çox ciddi fikir veriblər, Yaqub Məmmədov da heç vaxt sözü düz oxuya bilmir, səhvlər edirmiş. Amma buna baxmayaraq onun səsinin gözəlliyi qarşısında etdiyi səhvlərə fikir verilməyib. Yaqub yeganə xanəndədir ki, muğamın sözlərini səhv oxuya-oxuya Bakı kəndlərində də çox sevilib. Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi ilə mikrafondan çıxıb adamlara söysən belə onlara ləzzət edər. Dünyasını dəyişəndən sonra Ağcabədidə yerləşən məşhur “Üçbulaq bulağı”na onun adını veriblər. Bu bulağın yerləşdiyi yerlə Yaqubun doğulduğu həyətin məsafəsi 100-150 metr olub. Böyük sənətkar 5 iyun 2002-ci ildə 72 yaşında dünyasını dəyişib.

Comments