Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Nə həkim var, nə dərman - Amma sağalıb gedirsən - “Duzlu göl”dən reportaj - APA TV в хорошем качестве

Nə həkim var, nə dərman - Amma sağalıb gedirsən - “Duzlu göl”dən reportaj - APA TV 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Nə həkim var, nə dərman - Amma sağalıb gedirsən - “Duzlu göl”dən reportaj - APA TV

#APATV #duzlugöl #zığqəsəbəsi #həkim #dərman #şəfa #sanatoriya #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Nə həkim var, nə dərman - Amma sağalıb gedirsən - “Duzlu göl”dən reportaj - APA TV Abşeron yarımadasında çox sayda duzlu göl var. Amma Bakı sakinlərinin əksəriyyəti müalicə məqsədilə daha çox Zığ qəsəbəsindəki "Duzlu göl"ə üz tuturlar. Sözügedən göl paytaxtdan o qədər də uzaqda deyil. Elə Hövsan qəsəbəsinə daxil olan kimi yolun sağında yerləşir. Giriş haqqı da 50 qəpik. Ümumiyyətlə burada giriş də daxil olmaqla, bütün xidmətlər - duş, palçıq vannası, yod vannası, çay, qarğıdalı, bir sözlə, nə istəsən cəmi 50 qəpiyədir. Hər nə qədər münasib olsa da, bu dəfə qiymətlərdən deyil “Duzlu göl”ün xeyirli və ziyanlı tərəflərindən danışacağıq. Hövsan-Zığ yolu kənarında yerləşən "Duzlu göl" haqqında eşitmişdim, amma yolum düşməmişdi. Deyilənə görə, göldən şəfa tapmaq üçün hər il bura minlərlə insan gəlir. Gölün suyu duzlu və yodla zəngin olduğu üçün əsasən dəri xəstəliklərindən əziyyət çəkənlər gölə gəlir. Səhiyyə Nazirliyi "Duzlu göl"də çimməyi qadağan etsə də, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, gölə gedənlərin sayı azalmır, əksinə gündən-günə artır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, Hövsan ərazisindəki "Duzlu göl"də çimmək rəsmən qadağan edilib. Çünki göl artıq istifadəyə yararlı deyil. Buna səbəb isə gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır. "Duzlu göl"ün faydaları nə qədər çox olsa da, suyun bakterioloji vəziyyəti ürəkaçan deyil. Elə bu səbəbdən də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov insanları bu gölə girməməyə səsləyir. “2006-cı ildən müvafiq qərarla həmin ərazilərdə çimmək, o ərazilərdə çimərlik kimi istifadə etmək qadağan edilib. Bunun səbəbi də həmin ərazilərdə yerləşən yaşayış məntəqələrindən məişət çirkab sularının bu gölə axıdılmasıdır”. Ancaq bu deyilənlərə baxmayaraq, insanlar burda xəstəlik yox, şəfa tapacaqlarına inanırlar. Əsasən də yaşlı nəslin nümayəndələri. Aralarında isə ruslar və Rusiyada yaşayan azərbaycanlıların sayı üstünlük təşkil edir. Moskvada məskunlaşmış həmyerlimiz Musa İskəndərov deyir ki, hər il xüsusi olaraq "Duzlu göl"ün faydalarından yararlanmaq üçün Azərbaycana gəlir. Hələ qadağalardan əvvəl Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu duzlu gölün dib çöküntülərinin müalicəvi əhəmiyyətə malik olduğu haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, bu çöküntülərindən düzgün istifadə olunarsa, "Duzlu göl"ün palçığı bir sıra xəstəliklərin müalicəsində effektiv təsir göstərə bilər. Elə göl kənarında bədənlərini palçığa bürüyən insanlar bu yolla müxtəlif xəstəliklərdən sağaldıqlarını deyirlər. Amma əksəriyyətinin qadağalardan xəbəri yoxdur. Duzlu gölün ətrafında hər 50 metrdən bir qiyməti 0.50 qəpiyə olan palçıq və yod vannaları qoyulub. Buraya müalicəyə gələnlər deyir ki, palçıq vannasının revmatizmaya, osteoxondroza, yodlu suyun isə zob, astma ürək-damar xəstəliklərinə böyük faydası var. Həkim-terapevt Nahid Məhərrəmov isə deyir ki, kor-koranə şəkildə palçıq, yod vannası qəbul etmək, duzlu və yodlu sudan istifadə kimi ənənəvi metodlardan yararlanmağa çalışmaq bir sıra infeksion və dəri xəstəliklərinin kəskinləşməsilə nəticələnə bilər. “Duzlu göl”ün yaxınlığında yerləşən “Yodlu göl”ə də insan axını var. Məqsəd eynidir: müalicə olunmaq və şəfa tapmaq. Amma “Duzlu göl”dən fərqli olaraq “Yodlu göl”ün suyu antropogen təsirə məruz qalmayıb. Bir təəssüf doğuran məqam da var. Uzun illərdir gölün imkanlarından sistemsiz şəkildə istifadə olunur. Halbuki, “Duzlu göl”ün turizm potensialından yararlanmaq, onu həm xarici, həm də yerli turistlər üçün müalicəvi-istirahət mərkəzinə çevirmək mümkündür. Hər il sularında 100 minlərlə insanın şəfa aradığı Ölü dəniz təcrübəsi də onu göstərir ki, hazırda dünyada duzlu su və lillə müalicə geniş yayılıb. Bu isə ölkəyə külli miqdarda vəsaitin cəlbi deməkdir. Nə qədər gec deyil, qərar verməliyik: Bu gölləri xəstəlik ocağına çevirməyə davam edək, yoxsa şəfa və gəlir mənbəyinə çevirək? ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments