Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə в хорошем качестве

Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə 2 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə

Aprelin 18-i bəşər tarixinin qanlı səhifələrindən olan Başlıbel faciəsindən 31 il ötürdü. Bu faciə barədə beynəlxalq arenada dəfələrlə məlumat verilsə də, Azərbaycanın haqq səsi susdurulmuş, görməzlikdən gəlinmişdi. Artıq Başlıbel azaddır. Lakin bu faciə və onun qurbanları unudulmayacaq. Başlıbel faciəsi qurbanlarını yad etmək üçün Moderator.az kollektivi olaraq Kəlbəcərə, Başlıbel kəndinə yollandıq. Səfərə sözügedən faciənin qurbanlarından olan Pəri nənənin nəvəsi, Moderator.az saytının direktoru olmuş mərhum jurnalist Zülfüqar Hüseynzadənin məzarını ziyarət etmklə başladıq. Zülfüqar Hüseynzadə 30 il ərzində Başlıbel faciəsi haqqında Azərbaycan mətbuatında kifayət qədər danışmış, bu faciənin araşdırılması üçün əlindən gələni etmişdir. O, ötən il Başlıbel faciəsi şəhidlərinin məzarlarını ziyarət edərkən məhz Başlıbeldə ürəktutmasından dünyasını dəyişmişdi. Zülfüqar Hüseynzadənin Bərdə rayonunda yerləşən məzarını ziyarət etdikdən sonra üzü Kəlbəcərə yol aldıq. Qeyd edək ki, 1993-cü il aprelin əvvəllərində Kəlbəcər Ermənistan silahlı birləşmələri tərəfindən işğal ediləndən sonra Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş, düşməndən qorunmaq üçün dağlara çəkilmiş və kahalarda cəmi 18 gün gizlənə bilmişdilər. Aprelin 18-də erməni silahlı dəstələri sakinlərin sığındığı yerləri aşkarladıqdan sonra 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri isə girov götürmüşdülər. Sağ qalan 30 nəfər yalnız gecələr hərəkət edir, gündüzlər isə gizlənirdilər. Onlar 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bilmişdilər. Biz də 31 il əvvəl Başlıbeldə həlak olmuş şəhidlərin ailələri və faciənin canlı şahidləri ilə məhz orada görüşdük. / MOD TV # # Sosial şəbəkələrimiz: https://moderator.az/   / moderatorazs.  .   / azerbaijanne.  . https://t.me/moderatoraz #xəbər #news #MODTV #kelbecer #keşfet

Comments