Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Əmisi qızıyla evləndi - arvadı onu atıb, başqasıyla getdi - Atası onu atdı в хорошем качестве

Əmisi qızıyla evləndi - arvadı onu atıb, başqasıyla getdi - Atası onu atdı 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əmisi qızıyla evləndi - arvadı onu atıb, başqasıyla getdi - Atası onu atdı

#1000production #birivaridi #rafaeldadasov O Atasından fərqli olaraq aktyor olmaq istəmirdi. Amma həyat elə gətirdi ki, dövrünün ən peşəkar sənət adamı oldu. Sənətdə öz dərin izini qoydu və getdi. Biri var idi - Rafael Dadaşov Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada aktyor Məlik Dadaşov və həyat yoldaşı Sofiya Hüseynovanın ailəsində dünyaya gəlib. Amma onun ata-anasının ailə həyatı uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlirlər. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana - doğma teatra qayıdır. Bəzi mənbələrdə Məlik Dadaşovun oğlu Rafaelə sahib çıxmadığı yazılır. Bu fakt Rafael Dadaşovun verdiyi müsahibələrdə atası haqqında çox danışmaq istəməməsi və anasının onu təkbaşına böyütdüyünü söyləməsi ilə öz təsdiqini tapır. Nənəsi aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olur. Oranı bitirəndən sonra elə sirkdə işləməyə başlayır. Rafael Dadaşov valideynlərindən fərqli olaraq aktyor olmaq istəmirdi. Ancaq iş elə gətirir ki, yenidən Naxçıvana nənəsinin yanına gedib bir müddət orada nazirlikdə işləyir, diktor kimi fəaliyyət göstərir. Elə həmin ərəfədə - 1975-ci ildə rejissor Tofiq Kazımov onu teatra dəvət edir və deyir ki, qurtardın bu qaraçı həyatından? Gəl, teatra gəl, Don Juan rolunu sənə verəcəm. Rafael Dadaşov razılaşır, amma sınaq rolu kimi ifa edəcəyini bildirir. O, Tofiq Kazımova deyir ki, əgər Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacaq. Ancaq həmin rol aktyora uğur gətirir. O, Akademik Milli Dram Teatrının truppasına daxil olur. Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında "Hamlet", "Heç nədən hay küy", "Cehizsiz qız", "Səhra yuxuları", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Unuda bilmirəm", "İblis", "Şəhərin yay günləri", "Qılınc və qələm", "Sevgililərin cəhənnəmdə vüsalı", "Sokratı anma gecəsi", "Afət", "Ölülər" tamaşalarında uğurlu rollar ifa edir. Aktyorun səhnədəki son rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olur. Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edir. Kinoya çəkilməməsini Rafael Dadaşov müsahibələrinin birində birbaşa rejissor Adil İsgəndərovun adl ilə bağlayır: “Bu məsələ Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. O, mənim kinoda çəkilməyimə imkan vermədi. “Qaynana” filmində İlqar roluna, “Dəli Kür”də Şamxala, “Mən ki gözəl deyildim”də Məzahirə, “Babək” filmində başqa bir rola çəkilməyə qoymadı. Eldar Quliyev “Var olun qızlar” filminə məni dəvət edəndə sirkdə işləyirdim. Sınaq çəkilişlərinə gələndə mən ona dedim, Eldar müəllim, onsuz da siz məni çəkməyəcəksiniz. O da dedi, niyə belə deyirsən? Dedim, vallah məni nə qədər sınaq çəkilişlərinə dəvət ediblər, ifamı da bəyəniblər, amma filmə gəlib çatanda çəkməyiblər. O, mənə sınaq çəkilişlərinə qarışmamağı məsləhət gördü. Eldar müəllim balaca adam deyildi, atası Tofiq Quliyev isə böyük sənətkar idi. Ona görə də Adil İskəndərov mənim həmin filmə çəkilməyimə mane ola bilmədi.” Aktyor 80-ci illərin sonunda öz əmisi qızı Sədaqət Dadaşova ilə ailə həyatı qurub. Bu evlilikdən onların üç övladı dünyaya gəlib. Lakin, bir müddət sonra aktyorun xanımı onu tərk edərək evdən gedib və başqa bir insanla ailə qurub. Bu gediş aktyor üçün böyük zərbə olsa da, o, ikinci dəfə heç kimlə ailə həyatı qurmuyub, ömrünü övladlarını böyütməyə həsr edib. Rafael Dadaşovun ən çox ifa etmək istədiyi obraz Hamlet olub, buna isə nail ola bilməyib. O, müsahibələrinin birində bu haqda deyir: “Mən heç vaxt rejissorlardan rol istəməmişəm. Yeganə Hamlet rolu idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər. Düz 9 aydan sonra məni çağırdılar ki, gəl kralı məşq elə. Mən də həmin vaxt “Fedra” tamaşasına hazırlaşırdım. Gəldim teatra və 3 aya həmin rolu hazırladım”. Rafael Dadaşov Xalq artisti adını çox gec, 60 yaşında alıb. Xalq artisti Rəfael Dadaşov 2019-cu ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Şöhrət ordeniylə təltif edilib. Ömrünün son illəri artıq çəkidən və ürək xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında ürəyində və ağ ciyərində olan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilir. 2020-ci il martın 16-da 74 yaşında vəfat edir.ondan geriyə isə heç vaxt unudulmayacaq səhnə və ekran işləri qalır.

Comments