Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Gəncə - Şahsevənlər( Sahsevenler ) məhəlləsi в хорошем качестве

Gəncə - Şahsevənlər( Sahsevenler ) məhəlləsi 10 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Gəncə - Şahsevənlər( Sahsevenler ) məhəlləsi

"Gəncə adlı salnamə"nin ana xəttində qədim Gəncəyə səyahət durur. Burda habelə şəhərin ayrı-ayrı məhəllələrinin dünəni, bugünü, keçdiyi həyat yolu barədə məlumat verilir. Proqramda mahiyyət təşkil edən əsas amillərdən biri də adları dəyişdirilən, təhriflərə məruz qalan və ya ümumiyyətlə, günümüzdə məhəllə anlamı kimi səciyyəvi xüsusiyyətini itirən, köhnə yaşayış massivlərini araşdırıb, əsaslı şəkildə tamaşaçıya göstərməkdir. "Gəncə adlı salnamə", öz üzərinə düşən lazımi missiyalardan birini də, bu şəhərin özünəməxsusluğuna çevrilən qədim abidələrin, məscid və karvansaraların, bazarların tarixini araşdırmaqda görür. Proqram boyu müxtəlif məhəllələrdə yaşayıb-yaradan, tanınan və tanınmayan insanlar, xalq arasında xüsusi nüfuza malik olan şəxsiyyətlər, habelə adını Azərbaycan və Gəncə tarixinə yaşadığı şərəfli həyat yolu ilə yazdıran ziyalıların ömür cığırına da səfər olunacaq." Gəncə adlı salnamədə", dəlil kimi, əsasən şəhər ziyalıları, məhəllə ağsaqqal və ağbirçəklərinin söyləyəcəkləri fikirlər, həmçinin tarixi faktlara söykənən bəzi mənbələr, kitab və jurnallardan götürülən informasiyalar yer alıb. Maraqlı, tarixi faktlarla zəngin, bu faktların mahiyyətini dərk edərək qədim və müasirliyin vəhdətini özündə aşılayan "Gəncə adlı salnamə"nin böyük elmi və baxıcı kütləsinin olacağına ümid edirik.

Comments