Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Musa Yaqub - Bu dünyanın qara daşı göyərməz ; Məmməd Araz - Göyərdi в хорошем качестве

Musa Yaqub - Bu dünyanın qara daşı göyərməz ; Məmməd Araz - Göyərdi 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Musa Yaqub - Bu dünyanın qara daşı göyərməz ; Məmməd Araz - Göyərdi

Şeir: Musa Yaqub - Bu dünyanın qara daşı göyərməz ; Məmməd Araz - Göyərdi Səsləndirmə: Musa Yaqub & Ağalar Bayramov Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] MUSA YAQUB - BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz. Nə bu ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi... Qəm eləmə könlümün bir dənəsi, Bu dünyanın qara daşı göyərməz. O gülyanaq bənddir xoş bir baxışa, Körpə budaq əl açıbdır yağışa, Min baharın hərarəti yığışa, Bu dünyanın qara daşı göyərməz. Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim, Daha məndən sevgi umma əzizim, Bu dünyanın qara daşı göyərməz. Araz boyu çox mənalar sezmişəm, Elə bilmə əllərimi üzmüşəm, Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz... Oktyabr,1977 MƏMMƏD ARAZ - GÖYƏRDİ Musa Yaqub, gözü yolda Təbrizin Gözlərinin qara yaşı göyərdi. Göyərmədi istədiyi bircə dən, Savalanın qara daşı göyərdi. Bu dünyanı hörümçəkdən almışıq, İlməsini kim atdı bu yanlışın, Dedim barı düz toxuyaq qalmışı, Önümdəcə neçə naşı göyərdi. Kim işığı ürəklərə doğrayar, Kim işığı ürəklərdən oğrayar, Kim yalanı calaq vurdu doğruya, Hər şivindən oğrubaşı göyərdi. Çox gözlü var torpağına kor baxır, Dan yerinə bəbəyində tor baxır. Yüz də çevir, min də ələ torpağı, Namərdinən mərd yanaşı göyərdi. Mən Arazda şaxələnən çinardım, Ömrü boyu tufan əydim, su yardım. Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi. Pitsunda, avqust 1981 Musa Yaqub: “… Poeziya bir möcüzədir. İnsan nəfsi, sözü əsas sayır. Allah da sözə böyük məna verir. Söz birincidir. Poeziya başqa şeydir. Hər adama o verilmir. Sözü hər adam danışır, ancaq poeziya dili ilə az adamlar danışır. Çünki poeziyanın özünün qanunları var. Sözə gərək təbii rəng vurasan.  Əzizim, baxtı yarım, baxtımın taxtı yarım Üzündə göz izi var, Sənə kim baxdı yarım? Belə dil olar? Poetik söz bax budur. Mən oturub öz hissimlə, duyğumla şeirimi yazıram. Vallah kövrəlirəm, ağlayan vaxtım da olur. Görmüşəm ki, tənhayam, bəzi şeylər ürəyimdən deyil. Amma poeziya olmasa yaşamaq çətindir.  Şeir yazmaq çox çətin işdir. Mən bundan həmişə qorxmuşam. Bir dəfə Cülyan kəndində ləzgilərin çayxanasına getmişdim. Çoxlu maşın vardı. Oğlum dedi, basırıqdır, getməyək. Dedim, yox, gedək görək bu camaat məni tanıyırmı. Bir ağsaqqala yaxınlaşdım. Məni tanıdı, stoluna dəvət edib bir şeirimi oxudu. Şeiri o qədər gözəl oxudu ki, qorxdum, məni ağlamaq tutdu. Niyə qorxdum? Qorxdum ki, bir də elə şeir yaza bilməyim! Bundan sonra “Taleyin qisməti”, “Bu dünyanın qara daşı göyərməz” kimi şeirlər yazdım. Sadəcə həmin andakı hiss qəribə idi. Şeirin məsuliyyətini həmişə anlamışam. İndi deyirlər, Nizamidi, Xaqanidi böyük şairlərdir. Elə-belə söz deyil bu. Böyük şair olmaq asan deyil. Mənim haqqımda böyük şair ifadəsini də işlədirlər, lakin mən özümü böyük şair saymıram. Bir havadı, haldı düşürəm və nələrsə yazıram…” #musayaqub #budünyanınqaradaşıgöyərməz #məmmədaraz #ağalarbayramov #göyərdi #budunyaninqaradasigoyermez #memmedaraz #agalarbayramov #goyerdi #şeir #şair #poeziya #ədəbiyyat #ədib #sənətkar #sənət #musiqi #lirika #biraddimla #biraddimlayol

Comments