Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Esrlerin sinagindan chixmish Cavanshir Qalasi | Gune Davam в хорошем качестве

Esrlerin sinagindan chixmish Cavanshir Qalasi | Gune Davam 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Esrlerin sinagindan chixmish Cavanshir Qalasi | Gune Davam

Abone OL: https://goo.gl/W99fFm Copyright © ARB Şəki Sayt: https://goo.gl/NfKDu5 Facebook: https://goo.gl/XVhVzG İsmayıllı rayonunun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Albaniya tarixinin son dövrləri isə onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. 642-681-ci illərdə Albaniya hökmdarı olmuş tədbirli dövlət xadimi Cavanşir-Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsi qarşısında duran güclü sərkərdə və diplomat kimi tarixə düşüb. İsmayıllının Talıstan kəndi yaxınlığında olan Cavanşir qalasını da VII əsrdə məşhur sərkərdənin şərəfinə tikdiriblər. Lakin tariximizin ən acı sınaqlarından çıxan qala tezliklə restavrasiya olunmasa ancaq tarixi kitablarda qalacaq. Əməkdaşlarımız da əfsanəvi sərkərdənin adını daşıyan əfsanəvi qalada olublar. Gəlin izləyək, qalanın vəziyyətini görək... Yolumuz İsmayıllı rayonunun Talıstan kəndindən şimalda, Ağcaçayın sağ sahilində yerləşən Cavanşir qalasınadır. Sıldırım qayanın başında tikilən, divarları savaş, əyilməzlik yolunda qanla sulanan cəsur sərkərdə Cavanşirin qalasına... İçərisi və ətrafı sıx meşə örtüyü ilə əhatə olunan qalaya getmək elə də asan deyil. Talıstan kəndindən qalaya qədər olan 4 km. məsafəni piyada getmək məcburiyyətində qaldıq. Dərələr-təpələr, çaylar keçərək nəhayət ki, əfsanəvi Cavanşir qalasına çatdıq... VII əsrdə məşhur sərkərdənin şərəfinə tikilmiş qalanın ümumi sahəsi 1,5 – 2 hektardır. Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunan qala müdəfiə tikilisidir. Qalanın tikintisində inşaat materialı kimi kirəc məhlulundan, çay və qaya daşlarından istifadə olunub. Qaranohur çayı ilə Ağ çayın qovuşduğu yerdə qalanın müdafiəsini təşkil etmək məqsədilə istehkam yerləri var. Həmin sahəni yerli əhali "Səngər yeri" adlandırır. Cavanşir qalası iki hissədən ibarətdir: Əsas qala və iç qala. Abidənin şərq divarları şimal-şərq nöqtədə iç qala ilə birləşir. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə qalaya gələn yollar aydın görünür. Qalanın şimal-şərq tərəfində gizli yol da olub. Ümumilikdə qala üçün seçilən yer müdafiə baxımından idealdır. Qalanın qərb divarları isə uçulmuş halda olsa da qala müdafiə xüsusiyyətini özündə saxlayıb. Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Cənub divarlar daha möhkəm olub. Qala divarlarını möhkəmləndirmək məqsədilə bürclər tikilib. Bu cür möhtəşəm qala tikmək, əlbəttə ki, həm fiziki, həm də mühəndis-texniki baxımdan olduqca çətindir. Lakin qalanın dövrümüzədək gəlib çıxması onu göstərir ki, ustalar bu çətin və mürəkkəb işin öhdəsindən bacarıqla gəliblər. Amma təəssüflər olsun ki, 7 ci əsrdə tikilən möhtəşəm qalanın bir çox hissəsi tamamilə uçub. Qalaya gedən yolun da dağılması səbəbindən abidəyə gediş-gəliş çətinləşib. Qalaya yerli və xarici turistlərin marağı böyükdür. Ancaq abidəyə qalxmaq böyük əzm tələb edir. Yolun çətin və keşməkeşli olması səbəbindən əksər turistlər geri dönməli olur. Cavanşir qalası Azərbaycanın Orta əsr hərb tarixinin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli abidə hesab olunur. Mütəxəssislər hesab edir ki, abidənin konservasiyası ilə yanaşı, tədqiq olunmasına da ehtiyac var. #GünəDavam #Cavanşirqalası

Comments