Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Biografik xatirə film - Əçexvi Alik/Balamətovlar-II/Studiyamızın "Nəsil ağacı" layihəsi в хорошем качестве

Biografik xatirə film - Əçexvi Alik/Balamətovlar-II/Studiyamızın "Nəsil ağacı" layihəsi 6 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Biografik xatirə film - Əçexvi Alik/Balamətovlar-II/Studiyamızın "Nəsil ağacı" layihəsi

Kəndi, yurdu ilk növbədə yetişdirdiyi şəxsiyyətləri ilə tatnınıb. Onların hər biri zamanında tanınnıb, seşiliblər. Doğma yurduna, elinə şərəf gətiriblər. Əməlləri ilə ata yurdundan uzaqlarda tanınıblar, nəsillər üçün nümunə olublar. Belə şəxslərdən biri də, Balacanın nəvəsi, Balamətin oğlu Alikdir. Biografik janr film quruluşunun yeni formatıdır. Təqdim olunan quruluş mühüm həyati məlumatları bir sırada cəmləməyə, geniş əhatə dairəsində mühüm məlumatları təqdim etməyə imkan verir. Alik Balamətov 1944-cü il dekabr ayının 24-də Qusar rayonunun Əcəxür kəndində anadan olub. Atası Balamet Balamətov respublika miqyasında tanınmış məşhur təsərrüfat rəhbərlərindən biri idi. O orta məktəbi bitirdikdən sonra 1958-ci ildə Quba kənd təsərrüfatı texnikumuna «Meyvə tərəvəz və üzümçülük» ixtisası üzrə daxil olmuş və həmin texnikumu 1962-ci ildə bitirmişdir. 1963-cü ildə Alik Balamətov Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı institutuna «Meyvə tərəvəz və üzümçülük» ixtisası üzrə qiyabi şöbəyə daxil oldu və 1969-cu ildə “Alim, agronom” ixtisası üzrə ali təhsilini bitirdi. Kəndin ən tanınan yeri "Qullad pel" adlanır. Bura yüzillərdən bəri insanların ruhunu özündə cəmləyən, yeni-yeni nəsillər formalaşdıran bir məkandır. Burada cavanlar yığışar, nəsillərin, əsillərin müdrüklüyi ilə qovuşar, gələcək üçün potensial formalaşdırardı. Aliki Qusarda tanımayan çətin tapılar. O, sosial-ictimai quruluşlar bir-birini əvəz etsə də öz işinin öhdəsindən layiqincə gəlirdi və cəmiyyətə, doğma yurduna və insanlara xidmət etməkdə davam edirdi. Məhz, buna görə, hər kəs onun adını Qusarda dövlətçiliyə sadiq insanların birinciləri sırasında çəkirdi. Alik Balamətov 1964-cü ildə Azərbaycan Respublikası Lenin Kommunist Gənclər İttifaqının Qusar rayon təşkilatının təlimatçısı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1964-1965-ci illərdə Qusar rayon Xalq Deputatlar Sovetində şöbə müdiri olmuşdur. 1965-1969-cu illərdə Azərbaycan Respublikası Lenin Kommunist Gənclər İttifaqının Qusar rayon təşkilatının şöbə müdiri vəzifəsində çalışmışdır. #AvtobiografiyaFilmi #NəsilAgacı #SturviDOC 1969-cu ildə Azərbaycan Respublikası Lenin Kommunist Gənclər İttifaqının Qusar rayon təşkilatının 1-ci katibi seçilmiş və 1975-ci ilə qədər bu vəzifədə çalışmışdır. 1975-1990-cı illərdə o, Qusar rayonun Miçurin adına sovxozun direktoru işləmişdir. 1990-1996-cı illərdə Qusar r-n Təsərrüfatlararası Meyvə Tərəvəz Tədarükü və Satışı Bazasının direktoru olmuşdur. 1996-2008-cü illərdə Qusar rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmiş və Dövlət Qulluqçusu müşaviri ixtisas dərəcəsinə layiq görülmüşdür. 2008-2009-cu illərdə Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinin Qusar rayonu Qaz idarəsinin rəisi olmuşdur. AzəriQaz İstehsalat Birliyinin Qusar rayonu Qaz idarəsinin Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi ilə əlaqədar Əmək müqaviləsinə ərizəsinə əsasən xitam verilib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və 1999-2009-cu illərdə YAP-nın Qusar rayonu üzrə sədri olmuşdur. Alik Balamətov uzun müddət partiya sıralarında işləyərək əldə etdiyi yüksək səviyyəli təşkilatı bacarıqları ilə sonralar bacarıqlı təsərrüfat rəhbəri kimi formalaşdı. Alik seçilən bir ailənin övladı idi. Atası Balamət dövrünün tanınmış simalarından sayılırdı. О, xeyirdə, şərdə dostlarına dayaq durar, xüsusən imkansızlara əl tutar, qocalara, xəstələrə, kasıblara əvəzsiz hər cür kömək edərək dərin hörmət qazanardı. O, 1960-cı illərdə Uqur çayı üzərində tikdirdiyi körpü ilə hamının xüsusi rəğbətini qazanmışdı. Anası Saimat da, kəndin ziyalı və seçilən ailələrdən birinin övladı olub. Babası Balacanın adı, nənəsi Selminin ibrətamiz əməlləri bu gün də xalqın dilindən düşmür. Balaca çar hakimiyyətinin son illərində məsuliyyəti boynuna götürmüş, yeddi kəndə yüzbaşılıq etmişdi. Alikin böyüdüyü ev həm də qonaq-qaralı olması ilə seçilirdi. Bu isə görüb götürə bilən insanlar üçün xüsusi məktəb idi. Sonradan hadisələr onu göstərdi ki, Alik, həyatın ona bəxş etdiyi bu imkanlardan layiqincə faydalanmış və öz öhdəsinə düşən məsuliyyəti axıra kimi layiqincə daşımışdır. İnsanların həyatında belə iz qoyan Alikin uğurları heç də təsadüfi deyildi. Bu, ilk növbədə, onun zəhmətkeşliyindən və səriştəsindən irəli gəlirdi. Onun bu xüsusiyyəti, insanların xatirəsində dərin iz buraxaraq, bir xatirə kimi qəlblərə həkk olunub. Şübhəsiz, Alik Balamətov insanların xatirəsində dərin iz qoymuş insanlardan biridir. Bu, ilk növbədə, onun ata-anasından götürdüyü tərbiyənin, əcdadların varis qoyduğu təcrübənin, doğma elin həyat fəlsəfəsinin, müəllimlərin verdiyi biliklərin bir-biriylə uzlaşdıra bilməsindən irəli gəlir. O, həyatı boyu mənimsədiyi bilik və bacarıqları təfəkkürünə həkk edərək, ən mürəkkəb məsələlərin dərin qatlarını görmək müdrüklüyünə nail olmuş, bütün həyatı boyu cəmiyyətə öz töhfəsini vermişdir. Bu isə onun xatirəsini nəinki doğmalarına, həm də bütövlükdə elinə, obasına daim uca edəcəkdir. #ŞərəfFilmi #FilmPORTRET #HünərSahibləri

Comments