Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xaricdə təhsil alanlar bu imtahanı verməlidirlər – Rizvan Fikrətoğlu AÇIQLADI в хорошем качестве

Xaricdə təhsil alanlar bu imtahanı verməlidirlər – Rizvan Fikrətoğlu AÇIQLADI 6 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xaricdə təhsil alanlar bu imtahanı verməlidirlər – Rizvan Fikrətoğlu AÇIQLADI

Xidmətlərimiz: - Magistraturaya, ali məktəblərə, kolleclərə, yüksək peşə məktəblərinə İXTİSAS SEÇİMİ, - Şəxsi kabinetin yaradılması, bərpası, sənəd qəbulu prosesləri, - Dövlət qulluğuna, magistraturaya, ali məktəblərə, kolleclərə, MİQ-ə və digər istiqamətlərə hazırlıq, - Övladınıza düzgün ixtisas qrupunun müəyyən edilməsi üçün KONSULTASİYA, - Xaricdə təhsil, transfer (köçürmə) Əlaqə nömrəmiz: 051346 14 38 ______________________________ Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. Bəs xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanların keçirilməsi məcburidir? Eyni zamanda xarici diplomların tanınmasına təsiri var? Mövzu ilə əlaqədar elm və təhsil eksperti Rizvan Fikrətoğlu “MediaPost”a açıqlamasında verib: “Xaricidə təhsil almış şəxslərin diplomlomlarının Azərbaycanda tanınması onlara ölkəmizdə işləmək və təhsilini davam etdirmək hüququ verir. Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bəzən bir sıra xarici universitetlərdə saxtakarlıq olur, tələbə oraya getmədən, dərsdə iştirak etmədən, imtahanda formal iştirak etməklə diplom ala bilirlər”. Ekspert burada tanınmanın xüsuilə iki növü barəsində söz açıb: “Birincisi kvalifikasiyanın akademik tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanda təhsilin növbəti pilləsində təhsilini davam etdirmək hüququ verir. İkinci tanınma isə kvalifikasiyanın peşə tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanın Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir”. R.Fikrətoğlu qeyd edib ki, imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir: “Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur. İmtahandan uğur əldə etməyən şəxslərin diplomu tanınmadığı üçün onların ölkəmizdə təhsilini davam etdirməsi, eləcə də ixtisaslarına uyğun iş tapa bilmələri mümkün olmur”. Sevinc İbrahimzadə

Comments