Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət в хорошем качестве

Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət 3 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət

Qədim türklərdə ağsaqqallıq kultu vardı. Ağsaqqal elin ən ağır, dar günündə təcrübəsinə və müdrikliyinə dayanaraq, insanlara doğru yön verər, çıxış yolunu göstərərdi. Təsadüfü deyil ki, Türk dünyasının ən böyük ədəbi abidəsi “Kitabi-Dədə Qorqud” eposu da Oğuz ellərinin müdrik ağsaqqalı Ulu dədəmiz Qorqudun adı ilə bağlıdır. Tədqiqatçı Cəmilə Çiçək “Ailə dəyərlərini simvollaşdıran kultlar” adlı əsərində yazır: “Tarixən dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, hökmlü, hünərli olduğu qədər də məsləhətli, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əlllərində su olardı. Dəyərli əsərlərdən də öyrənmişik ki, elin ağsaqqalı səliqəsahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu, ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi. Yaşına görə deyil, başına görə ağsaqqal, ağbirçək sayılan şəxslər hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən, sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız, təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı yığnaqlı, qeylü-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olardı. Onlar elin yolgöstərəni, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu, inkişaf etdirəni kimi milli-mənəvi dəyərlər sistemimizdə kultlaşıblar. Ağsaqqallıq, eləcə də ağbirçəklik son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir vəzifə, böyük zəhmət, min bir əziyyət, məhrumiyyətlər bahasına başa gələn ictimai missiya, məişət-sosial vəzifə sayılır. Ağsaqqallara, yaşlılara, dünyagörmüşlərə, çətinliklərə sinə gərmişlərə sınaqdan çıxmış insanlar arasında daha çox rast gəlinir. Belə ixtiyarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaqgörənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən başdan-binadan, nəsildən, əsildən-kökdən gəlir. Hər ixtiyar yaşında olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi”. Bu gün bizim yolumuz Türkün bir neçə minillik ağsaqqallıq kultunu, ənənəsini öz davranışında, əməlində və düşüncəsində yaşadan bir ağsaqqalın yaşadığı Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinədir. Bu insan 95 yaşlı el ağsaqqalı Hacı Şəfi Kişidir. Əlbəttə, bilirik ki, bir görüş çərçivəsində ondan bildiklərini öyrənmək mümkünsüzdür. Lakin istəyimiz və hədəfimiz bu bilgi dəryasından bir damla da olsa, öyrənmək və öyrəndiklərimizi sizə təqdim etməkdir, əziz izləyicilərimiz!

Comments