Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб KOLANILAR Qobustan rayonunun Poladlı kəndində... в хорошем качестве

KOLANILAR Qobustan rayonunun Poladlı kəndində... 4 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



KOLANILAR Qobustan rayonunun Poladlı kəndində...

#kolani #kolanii #Kolanitv#Poladli#Azerbaycan Yolumuz Qobustan rayonunun Poladlı kəndinədir. Bu kəndə səfərimiz dumanlı-çiskinli və yağışlı bir günə təsadüf etdi. Hərdən yolumuza elə qatı duman çıxırdı ki, önümüzü görmək belə müşkülə çevrilirdi. Hətta bir yerdə ürəyimə gəldi ki, səfər yoldaşlarıma geri dönməyi təklif edim. Onların ciddi şəkildə əziyyət çəkəcəyindən, yağışda islanacağından, palçıqda yeriyə bilməyəcəyindən və çox yorulacağından ehtiyat edirdim. Lakin içimdə bir səs; “İrəli”! “İrəli”! deyirdi. Bu məqamda çox uzun illər öncə məşhur “Əsli - Kərəm” dastanından oxuduğum qoşmanın bir bəndi yadıma düşdü: Ərzurumun gədiyinə varanda, Onda gördüm, burum-burum qar gəlir. Lələm dedi, gəl qayıdaq bu yoldan, Dedim qayıtmağım, mənə ar gəlir. Yaxşı ki, də qayıtmadıq, irəli – dumanlı-çiskinli yollardan keçib Poladlı kəndinə getdik. Əziyyətimizə dəyərmiş. “Vətən müharibəsi qəhrəmanı” Mirdamət Bağıyevin atası Sərəstan müəllimi, 94 yaşlı Köçəri nənənin bayatılarını, yaşı 90-I ötmüş Səlbirəvan kişini, 50 ildən artıq müəllim işləmiş sinəsi söz xəzinəsi, özü mənəviyyat heykəli olan Qurban müəllimi görmək və dinləmək üçün bu yolu getməyə dəyərmiş. Və bir də Poladlı kəndindən geri qayıdarkən Günəşin bizi yola saldığını görmək üçün əziyyətlərə və çətinliklərə qatlaşmağa dəyərdi. Öncəki verilişlərimizdə Kolanıların Şirvan mahalına yerləşmə tarixi haqqında danışmışdıq. Bu səbəbdən qısaca olaraq deyək ki, Kolanılar 19-cu yüzilliyin ortalarında Girdə yaylasına Şamaxının Quzeyindən – Qızmeydandan gəlmişdilər. Qızmeydandan köç etmələrinə səbəb isə buraya şimaldan gələn malakanların yerləşməsi və malakanlarla kolanıların yola getməməsi olmuşdu. Çar hökuməti təbii olaraq, bu qarşıdurmada malakanları müdafiə etmiş və kolanıları Qızmeydandan müxtəlif ərazilərə sürgün etmişdi. Həmin dönəmdə Qızmeydandan çıxarılan kolanıların bir qismi Girdə yaylasına yerləşmiş və burada Dağ Kolanı kəndini salmışdılar. Ondan əvvəl isə bu ərazilər 100 illər idi ki, bura köçən kolanıların qışlaq əraziləri idi. Kolanılar Dağ Kolanıda da çox qalmır. Çoxsaylı problemlər səbəbindən, xüsusi ilə 1950-ci ildə Mircəfər Bağırovun tərəkəməliyin ləğvi ilə bağlı qərarından sonra Kolanılar bu yerləri də sürətlə tərk edib ölkəmizin ayrı-ayrı bölgələrinə köç edirlər. Dağ Kolanıda yaşayan kolanıların bir qismi isə yaxınlıqdakı Poladlı kəndinə yerləşdi.

Comments