Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Aşıq Mikayıl Azaflının ifasında Şair Sərraf Şiruyə ilə deyişməsi в хорошем качестве

Aşıq Mikayıl Azaflının ifasında Şair Sərraf Şiruyə ilə deyişməsi 5 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Aşıq Mikayıl Azaflının ifasında Şair Sərraf Şiruyə ilə deyişməsi

Sərraf Şiruyə xatirələrində Azaflı Mikayıl ilə aşağıdakı deyişmə haqqında qeyd edir ki, 1978 -ci ildə Tərtərin Xoruzlu kəndində Azaflı Mikayılın zindan dostu olmuş Qaçaq Vəlinin oğlunun toyu idi.Məclis böyük idi, iki mağar qurulmuşdu.Mən məclisin masabəyisi, Azaflı Mikayıl ilə Aşıq Xudat aşığı, Zamaxan Qəhrəmanov, Əjdər Qədirov isə zurnaçılar idi. Məclisin şirin yerində rayon rəhbərliyindən bir nəfərə söz verdiyim zaman mikrafonda hədsiz mənəmliyə yer verdi.Mən isə həmin adamı şeir gürşadına tutub, payını verdim, məclisi suyu süzülmüş tərk elədi.Həmin adam gedəndə karıxdığından panamasını da stolda qoyub getmişdi. Sonra Vəli kişi panamasını arxasınca göndərdi. Qonaq gedəndən, məclisin ahəngi düzələndən sonra düşündüm ki, Azaflı məndən incimiş olar ki, niyə mən boyda ağsaqqal dura-dura sən çoşdun.Üzürhaqlıq məqsədi ilə orada Azaflıya xidabən bu şeiri yazdım.Azaflı şeiri oxuyub razılığını, çoşmağımın yerində və ona xoş gəldiyini bildirdi.Zurnaçılar meydanda oyun havaları çalan zaman gördüm Azaflıda dəftərçəsinə nəsə yazır.Şeirə cavab yazıb, orada Aşıq Xudatla hər iki şeiri məclis əhlinə çatdırdılar. SƏRRAF ŞİRUYƏ Əzizim, şeytana lənət deyərlər, Şeytandan betərə nə demək olar? Namərd süfrəsində bir tikə təam, Nə götürmək olar, nə yemək olar. AZAFLI MİKAYIL Həyatın əbədi bir qanunu var: İblisə "tu lənət" söz demək olar. Dünya fanisə də, varı şirindi, Ehtiyac içində mar yemək olar. SƏRRAF ŞİRUYƏ Ləli ləl tanıyar sərrafın gözü, Heç kimə toxunmaz aqilin sözü. Açmasa müşkülü fələyin özü, Bəndədən bəndəyə nə kömək olar. AZAFLI MİKAYIL Aqili, arifi qanan hardadı, Dost üçün ürəkdən yanan hardadı, Müşkül açan fələk, divan hardadı, Zalımdan nə mürvət diləmək olar. SƏRRAF ŞİRUYƏ Şiruyə, namərddə xəyanət olar, Hər cürə xoşlanmaz əlamət olar, Dostluq arasında məzəmmət olar, Nə incimək olar, nə küsmək olar. AZAFLI MİKAYIL Zaman-zaman xeyirnən şər vuruşar, Azaflını canı yanan soruşar. Dost dostdan inciyər, küsər, barışar, Dərdi dərdiməndə söyləmək olar.

Comments