Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Şəhid polkovnik Babək Səmidlinin həyat hekayəsi - REPORTAJ в хорошем качестве

Şəhid polkovnik Babək Səmidlinin həyat hekayəsi - REPORTAJ 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Şəhid polkovnik Babək Səmidlinin həyat hekayəsi - REPORTAJ

Azərbaycan Ordusunun sağlığında əfsanələşmiş zabitlərindən biri idi Babək Mətləb oğlu Səmidli. Nəinki şanlı Zəfər gününə, qələbədən sonra azad edilmiş torpaqlarımızda aparılacaq quruculuq işlərinə də şahid olmağı Vətənə uzun illərdir davam edən xidməti ilə haqq etmişdi. Təəssüf ki, xain düşmənin namərdcəsinə quraşdırdığı mina buna imkan vermədi. APA TV-nin yerli bürosunun xəbərinə görə, Babək Səmidli 1974-cü ildə Göyçay şəhərində anadan olub. Türkiyədə hərbi ali təhsil aldıqdan sonra Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində yaralanıb, sentyabrın 27-də başlayan Vətən Müharibəsində isə böyük şücaəti ilə yaddaşlarda qalıb. Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli daim atəş altında olub, əsgərləri ilə birgə iki dəfə düşmən mühasirəsinə düşsə də, sağ çıxa bilib, təkbaşına 39 nəfər yaralı əsgərimizi xidməti avtomobili ilə döyüş ərazisindən çıxarıb, Suqovuşanı azad edən kimi təhlükəli olsa da, avtomobillə mühəndisləri həmin əraziyə apararaq rayonlara su verilişini bərpa edib. Onun əsgərlər qarşısında çıxışı zamanı səsləndirdiyi 3 arzusu hamıda döyüşmək üçün böyük ruh yüksəkliyi yaradıb. O, döyüşə gedən əsgərlərin şərəfli yolda olduqlarını, onlara ya qalib, ya şəhid, ya da qazi olmağı tövsiyə edirdi. Qardaşı Müşfiq Səmidli bildirir ki, o, bütün telefon danışıqlarında şəhidliyin uca zirvə olduğunu, Vətən uğrunda vəzifə borcunu yerinə yetirdiyini deyib: “Babalarım Zöhrab, Səməd kişi həmişə qəhrəmanlıqlardan, Nuri Paşanın Azərbaycana gəlməyindən danışırdı. Bulaq başında dincələrkən onu gördüklərindən danışırdı. Biz o ab-havada böyümüşük”. Babək Səmidli müharibə dövründə tez-tez əlaqə saxladığı qardaşına əsgərlərini heç vaxt heç vaxt darda qoymayacağını deyib: “Qardaş, sən narahat olma, mən şəhid olsam da, bil ki, mən nə uğrunda şəhid oluram. Ona “özünü qoru” deyəndə hirslənirdi. Deyirdi, biz burda heç nədən qorxmuruq, torpağımızı qorumur, işğaldan azad edirik, Ali Baş Komandanın əmrini həyata keçiririk. Bu, bizə böyük güc verir”. Cəsur polkovnik 28 ildən sonra Cəbrayılda ilk dəfə azan səsini ucaldan zabit kimi tarixə düşdü. Polkovnikin uşaqlıq və gənclik illəri Birinci Qarabağ müharibəsi dövrünə düşmüşdü. O, atası və əmisi kimi həkim olmaq istəyirdi. Lakin vətənpərvərliyi ilə həmişə seçilən şagirdlərdən olan Babək Səmidli orta məktəbin yuxarı siniflərində oxuyarkən ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi xəbərlərini eşidir, çox məyus olur. Onun hərbi ali təhsil almasında və peşəkar zabit kimi yetişməsində ulu öndər Heydər Əliyevin xidmətləri olub. Mərhum Prezident Heydər Əliyev 1994-cü ildə Türkiyədə rəsmi səfərdə olarkən Quru Qoşunları Məktəbində oxumaq üçün Azərbaycandan qardaş ölkəyə göndərdiyi kursantlarla görüşüb. Babək Səmidli Ali Baş Komandan Heydər Əliyevin qarşısında çıxış edərək, Azərbaycandan olan bəzi kursantların əsgər kimi Qarabağdan döyüşdən gəldiklərini, onların buradakı təhsillə bağlı sərt nizam-intizama uyğunlaşmasında problem olduğunu bildirib, imtahanları verə bilmədiklərinə görə məktəbdən xaric edilən kursant yoldaşlarına kömək edilməsini xahiş edib. Ali Baş Komandan Heydər Əliyev Babək Səmidlini dinləyəndən sonra Türkiyənin prezidenti Süleyman Dəmirələ üzünü tutaraq, bura göndərilən bütün kursantların hərbi məktəbi bitirməsinin bizim ölkəmiz üçün çox vacib olduğunu, Azərbaycanda müharibə getdiyini, zabitlərə böyük ehtiyac olduğunu onun nəzərinə çatdırıb və imtahanı verə bilmədiyi üçün qovulan kursantların yenidən öyrədilməsini xahiş edib. Atası Mətləb Səmidli deyir ki, oğlu özünün arzuladığı kimi, həm qazi, həm qalib, həm şəhid olub: "Oğlum Vətən uğrunda şəhid olub, biz onunla qürur duyuruq. Babək hərbçi peşəsini çox sevirdi, bizə həmişə narahat olmamağı tövsiyə edirdi. O, Türkiyədə oxuyarkən Heydər Əliyevlə görüşü olub, dahi rəhbərdən azərbaycanlı tələbələrin imtahandan keçə bilməməsi və təhsil problemi ilə bağlı xahiş edib. Sonra Bakıda işləyərkən Heydər Əliyevlə təkrar görüşü olub". ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe #apatv #apaxeber #apacanli

Comments